Tovuzun bir neçə kəndi artilleriya atəşinə məruz qalır
Ölçü:

Düşmən Ermənistan-Azərbaycan sərhədində təxribatlarını davam etdirir.

Koordinat.az xəbər verir ki, ermənilər Tovuzun Ağdam və Dondar Quşçu kəndlərini, mülki vətəndaşları hədəfə alıblar. Cavabları ordumuz tərəfindən verilir.

Musavat.com-un yaydığı məlumata görə, hazırda Tovuzun Ağdam, Dondar Quşçu, Vahidli və digər sərhəd kəndləri Ermənistan tərəfindən artilleriyadan atəşə tutulur. Saytın əməkdaşları hazırda döyüş bölgəsindədilər.

Atışma davam edir.
14.07.2020 10:29:00
Oxuma sayı: 25