Minsk qrupu və Rusiya niyə susur?!
Ölçü:


Son 3 gündə Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz istiqamətində təxribat törədib. 4 şəhidimiz və azsaylı yaralılarımız var. Təəssüf ki, belə gərgin və kövrək bir dönəmdə yanlış məlumatların, müxtəlif şayiələrin yayılmasına da rast gəlirik.
Şübhəsiz ki, bu cür dezinformasiyalar cəmiyyətdə çaşqınlıq yaratmaqla bərabər müəyyən qıcıq doğurur. Bəzi sosial şəbəkə istifadəçilərinin qeyri-səhih məlumatlar paylaşması əslində düşmənin əlinə imkan verir.

Koordinat.az xəbər veir ki, ekspertlər şayiələrin, dezinformasiyaların yayılmaması üçün ilk növbədə Müdafiə Nazirliyinin informasiya xidmətinin operativ işləməli olduğunu bildirirlər. “Ayna-Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı
“Sherg.az”a bildirib ki, belə vəziyyətlərdə hərbi analitiklər izah verməlidir, siyasi analitiklər bir mərkəz rolunu oynamalıdır.

Baş redaktor vurğulayıb ki,  rəsmi qurum baş verən hadisələrin nəticələrini, səbəblərini bildirməlidir: “İzah olunmalıdır ki, nə üçün təxribat baş verdi ? Atəşkəs niyə məhz Qarabağda yox, dövlət sərhəddində pozuldu. Bunları açıqlayan bir mərkəz olmadığı üçün yalan informasiyalar çox olacaq. Rəsmi mənbə bütün izahatları verməlidir. Müdafiə Nazirliyinin informasiya mərkəzi deməlidir ki, ermənilər bu təxribatı nə üçün edir? Bunun sonrası nə ola bilər? Minsk qrupu və Rusiya niyə susur? Bunlara cavab verməyəndə şaiyələr artacaq”.

Bəzən vətəndaşlarımız yığışıb Qarabağa döyüşə gedəcəklərini deyirlər. Lakin həmin dəqiqə bir adam çıxıb bildirməlidir ki, “Bizim ordumuz var. Ön cəbhədə olan əsgərlərimizə xalqın onların arxasında olduğunu çatdıracağıq. Lazım gəlsə, sizə də bildirəcəyik və hamımız hərbi mükəlləfiyyətçi kimi döyüşəcəyik”. Təəssüf ki, belə məqamlara diqqət etmirik. Ona görə də bütün sosial şəbəkələrdə kim nə eşidirsə, yanlış informasiyalar yazır. Rəsmi mənbənin özü dəqiq və cəld  işləməlidir. Dezinformasiyaların qarşısını almağın yeganə yolu budur”.

14.07.2020 09:48:00
Oxuma sayı: 25