Paşinyanın arvadı Azərbaycan analarına çağırış edib
Ölçü:

Nikol Paşinyanın həyat yoldaşı, Anna Akopyan öz rəsmi insatagram hesabında ingilis, rus və erməni dilində Azərbaycan qadınları və analarına öz Instagram səhifəsi vasitəsilə müraciət edərək hərbi əməliyyatları dayandırmağa çalışıb. 

Koordinat.az xəbər verir ki, Akopyan bildirib: "Dünəndən bəri Erməni-Azərbaycan sərhədində vəziyyət gərginləşb. Rəsmi məlumata görə, Azərbaycan tərəfdən bir neçə saat ərzində dörd əsgər həlak olub. "Qadınlar sülh uğrunda" təşkilatının  müəllifi kimi Azərbaycan qadınları və analarını öz ölkələrinin hərbi -siyasi hakimiyyətinə müraciət edərək hərbi  hərəkətləri dayandırmağa, Erməni və Azərbaycan xalqının oğullarının həyatını təhlükə altına salmamağa  çağırmalarına çağırıram".

Akopyan qeyd edib ki, bütün dünyanı diz üstünə qoymuş pandemiya  günlərində,  bütün dövlətlərin  rəhbərləri öz gücünü xalqlarının sağlamlığının müdafiəsinə yönəltməlidir: "BMT baş katibinin Ümumdünya barışıq elan etmək barədə çağırışına riayət etmək dövlət başçılarının öz ölkə və xalqları üçün edə biləcəyi ən yaxşı çağırışdır".
 
Akopyan atəşkəsin birinci erməni silahlı qüvvələri tərəfindən  pozulduğunu qeyd etməyi "unudub". BMT-nin Dağlıq Qarabağın Azərbaycanın  tərkib hissəsi hesab edilməsi və Ermənistan silahlı qüvvələri tərəfindən işğalı barədə  qətnamələrini də xatırlatmaq da Paşinyanın xanımının "yadına dü.məyib".
13.07.2020 19:09:00
Oxuma sayı: 44