Ermənistan yeni itkilərini açıqladı
Ölçü:


Ermənistan Müdafiə Nazirliyi daha 3 hərbi qulluqçusunun yaralandığını bildirib.

Koordinat.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, yaralı hərbçilərin səhhəti barədə ətraflı məlumat verilməyib.

"Təəssüf ki, 5 yaralımız var. 3 əsgər və 2 polis əməkdaşı yaralanıb"- deyə Tavuş vilayətinin qubernatoru Ayk Çobanyan məlumatı təsdiq edib.  

Rəsmi Yerevan bundan əvvəl 2 polis əməkdaşının yaralandığını etiraf etmişdi. Hazırda ümumilikdə 5 erməni hərbçinin yaralandığı qeyd olunur.  Amma yaralı və ölü sayının daha çox olması ehtimalı yüksəkdir.

13.07.2020 16:29:00
Oxuma sayı: 56