Müdafiə Nazirliyi: "Heç bir texnikamız və ordumuza məxsus PUA vurulmayıb"
Ölçü:

"Düşmən təxribatlarını təkcə cəbhə xəttində deyil, həm də sosial şəbəkələr vasitəsi ilə həyata keçirməyə çalışır".

Koordinat.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib. O qeyd edib ki, düşmən sosial şəbəkələrdə yalan məlumatlar yayır: “Guya onlar bizim hərbi texnikamızı, guya ordumuza məxsus PUA-nı vurublar, yaralılarımız çoxdur, guya onlara qan çatdıra bilmirik. Bu məlumatların hamısı yalandır. Bizim heç bir texnikamız və ordumuza məxsus PUA vurulmayıb, yaralılarımız da çox deyil. Xalqımızı düşmənin təxribatına inanmamağa çağırıram”.

13.07.2020 13:45:00
Oxuma sayı: 45