Məmmədyarov rusiyalı həmsədrlə və ATƏT-in nümayəndəsi ilə telefonla danışıb
Ölçü:

İyulun 13-də Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov  ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından həmsədri İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik arasında telefon söhbəti olub.

Bu barədə Koordinat.az-a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Bildirlib ki, qarşı tərəfi Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısının alınması və bölgədəki cari vəziyyət barədə məlumatlandıran nazir Elmar Məmmədyarov ciddi narazılığını bildirərək, Ermənistanın bu yeni təxribatını təcavüz aktı kimi qiymətləndirib.

E.Məmmədyarov Ermənistanın məqsədyönlü şəkildə həyata keçirdiyi bu təxribatın üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək və Ermənistan cəmiyyətinin daxili problemlərdən fikrini yayındırmaq məqsədi güddüyünü qarşı tərəfin diqqətinə çatdırıb.


13.07.2020 13:18:00
Oxuma sayı: 58