Qubad İbadoğlu: "Mənim mübarizəm vəzifə uğrunda deyil, dəyərlər üzərində qurulub"
Ölçü:


"Mən mübarizəmin şəxsi maraqlarla, hakimiyyətdə təmsilçiliklə kiçildilməsinə imkan vermərəm".

Koordinat.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbdaoğlu "Moderator"a açıqlamasında bildirib.

Xatırladaq ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bir necə gün əvvəl doğrusu hökumətə çağırış edərək belə bir sual səsləndirib: "Niyə Qubad İbadoğlu kimi bir alimə baş nazir və ya baş nazirinin müavini postu həvalə edilmir?"

Qubad İbadoğlu isə ADP sədrinin səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib ki,  onun mübarizəsi vəzifə uğrunda deyil, dəyərlər üzərində qurulub: "O dəyərlər ki, hakimiyyətin də azad və ədalətli seçkidə xalqın iradəsi əsasında formalaşması üçün vacibdir. Mən yalnız demokratik dəyərlər və hesabatlılıq  prinsipləri üzərində qurulan, açıq və şəffaf  qaydalar əsasında idarəolunan, xalqın iradəsi ilə formalaşan hakimiyyətdə təmsil oluna bilərəm".


13.07.2020 10:53:00
Oxuma sayı: 47