İran Azərbaycana başsağlığı verdi
Ölçü:

İran Azərbaycan və Ermənistan arasında baş verən silahlı qarşıdurma və azərbaycanlı hərbçilərin ölümünə görə təəssüfünü ifadə edir.

Koordinat.az
-ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bu gün keçirilən mətbuat konfransında deyib. Onun  sözlərinə görə, İran tərəfləri təmkinli olmağa və məsələləri, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ münaqişəsini müzakirələrlə həll etməyə çağırır: İran dəfələrlə bu münaqişənin dinc yolla həllində vasitəçilik etməyə hazır olduğunu bildirir”.

A.Musəvi əlavə edib ki, qonşu ölkələrlə ikitərəfli mexanizmlərin tapılmasına və əməkdaşlıqların davam etdirilməsinə səy göstərilir.

13.07.2020 11:55:00
Oxuma sayı: 42