Ordumuzun baş leytenantı şəhid oldu
Ölçü:


Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Müdafiə Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, bu döyüşdə Azərbaycan Ordusunun daha bir hərbi qulluqçusu - baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verib və səbr diləyib.

 Baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun Biləsuvar rayonu Aşağı Çürəli kəndindən olduğu bildirilir.

Qeyd edək ki, iyulun 13-də cəbhənin eyni istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub. Daha 4 hərbi qulluqçumuz isə yaralıdır....

Düşmən tərəfin də ağır itki verdiyi bildirilir.
13.07.2020 09:21:00
Oxuma sayı: 34