İcra başçısı: “Zavodda Kərəm Həsənovla Elmar Vəliyevin maraqları var”
Ölçü:


Dünən bəzi saytlarda "Oliqarxlar arasında zavod qovğası” adlı yazı gedib. Həmin yazıda Gəncənin icra başçısı Elmar Vəliyevlə komitə sədri Kərəm Həsənovun Daşkəsən Filiz Zavodu uğrunda mübarizəyə başladıqları vurğulanıb.

Zavodda məmurların maraqlarının olması ilə bağlı Daşkəsənin icra başçısı Əhəd Abıyev də maraqlı açıqlamalar verib.

Koordinat.az
xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a danışan Əhəd Abıyev həqiqətən də zavod ətrafında qovğa olduğunu təsdiqləyib: "Daşkəsən Filiz Zavodunun işləməsi daşkəsənlilər üçün çox vacibdir. Çünki orada 3 minə yaxın insan çalışır və bu da əhalinin yaxşı yaşaması deməkdir. Rasim Məmmədovun orada tez-tez göüründüyünü və işçilərə yardımlar etdiyini eşitmişəm”.

Zavodda məmurların maraqlarının olması ilə bağlı deyiənlərə isə Ə.Abıyev belə reaksiya verib: "Zavodda Kərəm Həsənovla Elmar Vəliyevin maraqlarının olmasını mən də eşitmişəm. Amma mən icra başçısı kimi istərdim ki, zavoda Rasim Məmmədov rəhbərlik etsin. Çünki o, istehsalatı yaxşı bilən mütəxəssisdir”.
14.09.2017 11:36:00
Oxuma sayı: 97