Bill Geyt: "Koronavirusa qarşı peyvəndlər daha çox pul ödəyən ölkələrə yox..."
Ölçü:

Məşhur iş adamı, Microsoft şirkətinin keçmiş prezidenti Bill Geyts koronavirusla bağlı yeni təkliflər verib.

Koordinat.az
xəbər verir ki, iş adamı koronavirusa qarşı peyvənd və dərman vasitələrinin daha çox pul ödəyən ölkələrə deyil, bu yardıma ən çox ehtiyac duyan ölkələrə verilməsini önə çəkib: “Əgər biz dərman və peyvəndi ən çox ehtiyacı olan yox, ən çox pul təklif edən ölkələrə və insanlara versək, bəşəriyyəti daha uzun müddətli, daha ədalətsiz və daha ölümcül virusla üzbəüz qoyacağıq”.

O, dünya liderlərinin biznes maraqlarından deyil, ədalət və bərabərlik faktorlarından çıxış etməsini məsləhət görüb. Geytsin fikrincə, indi hazırlanan yüzlərlə koronavirus vaksini ilk növbədə varlı ölkələr tərəfindən istifadə olunacaq və kasıb ölkələrə gec çatdırılacaq.

11.07.2020 16:56:00
Oxuma sayı: 156