İlham Əliyev türkiyəli naziri qəbul edib
Ölçü:


Prezident İlham Əliyev bu gün Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb.

Koordinat.az xəbər verir ki, prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bugünkü mərasimə ünvanladığı təbrik məktubundakı xoş sözlərinə görə minnətdarlığını bildirib. Bugünkü tədbirin Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində mövcud olan əməkdaşlığı daha da möhkəmləndirdiyini qeyd edən dövlət başçısı bu münasibətlə təbriklərini çatdırıb.

Berat Albayrak isə Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində mövcud əməkdaşlığın bütün dünyaya nümunə olduğunu bildirib. O, bu əməkdaşlığın yeni layihələr və qarşılıqlı sərmayələrlə daha da zənginləşdirildiyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən birgə strateji layihələrin əhəmiyyətinə toxunuldu, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin önəminə toxunularaq, bunun ölkələrimizin iqtisadi inkişafı və xalqlarımızın rifahının daha da yüksəldilməsi baxımından əhəmiyyəti qeyd edilib.
14.09.2017 12:08:00
Oxuma sayı: 93