Bakıda neft razılaşması: saziş 2050-ci ilədək uzadılır, mənfəət yenidən bölüşdürülür
Ölçü:



“2012-ci ildə Türkiyədə TANAP layihəsinə imza atıldı. 2013-cü ildə isə TAP layihəsi qaz kəməri kimi seçilib".

Koordinat.az
xəbər verir ki, bunu bu gün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan prezidenti İlham deyib. Dövlət başçısı bildirib ki, "Səngəçal" dünyada ən böyük neft-qaz terminalıdır: “Azərbaycanda neft platformaları tikilir. Bunlar "Əsrin müqaviləsi"nin Azərbaycana verdiyi faydalardır. Dövlət Neft Fondu bizim üçün böyük bir amildir. Neftin qiymətinin düşməsi də bizi yolumuzdan döndərə bilmədi. Biz valyuta ehtiyatlarımızı artırırıq. "Şahdəniz", Cənub Qaz Dəhlizi layihəsinin həyata keçməsi ilə valyuta ehtiyatlarımız daha da artacaq”.

 Dünyada ilk dəfə quruda sənaye üsulu ilə Azərbaycanda neft quyusu qazıldığını, dənizdə ilk dəfə neft çıxarıldığını nəzərə çatdıran prezident İlham Əliyev uğurların əldə olunmasında Azərbaycan neftçilərinin böyük xidmətləri olduğunu söyləyib.

ARDNŞ-də 9 il çalışmış şəxs kimi həm də özünü neftçi hesab etdiyini bildirən dövlət başçısı qarşıdan gələn peşə bayramı münasibəti ilə neftçiləri təbrik edib.

Xatırladaq ki, bu gün imzalanacaq müqavilə ilə AÇG yataqlarının işlənməsi müddəti 2050-ci ilədək uzadılır. Bununla ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. Üstəlik SOCAR-ın payı 25%-ə qaldırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək.

"Əsrin müqaviləsi" imzalanan zaman AÇG-də 511 milyon ton neft olduğu ehtimal edilirdi. Ancaq hazırda "Azəri-Çıraq-Günəşli"də hasil edilməmiş 500 milyon ton neft var.
14.09.2017 10:37:18
Oxuma sayı: 104