Ekspert: "Cəbhə zonasında açıq  WI-FI-dan istifadə düşmənin əlinə fürsət verir"
Ölçü:


"DTX-nın xəbərdarlığı tamamilə əsaslıdır. Sərhəd bölgələrində düşmənin lokal şəbəkələrinə qoşulmaq təhlükə yaradır”.

Koordinat.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin cəbhə xəttində yaşayan əhaliyə düşmənin açıq "vi-fi" şəbəkələrinə qoşulmaması haqqında xəbərdarlığına münasibət bildirərkən Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz deyib. O bildirib ki, xüsusilə müharibə bölgəsində əhali belə məsələlərə diqqət etməlidir: "Cəbhə bölgəsində yaşayan insanların hamısı informasiya daşıyıcısıdır. Onlar hər hansı məlumatı bir-birinə ötürdükdə bu düşmənin işinə yaraya bilər. Bununla Azərbaycan ordusunun cəbhə bölgəsində atacağı addımlara maneə də yarana bilər. Ona görə, bu xəbərdarlıq doğru mesajdır. Açıq şəbəkə vasitələrindən - vatçap, feysbuk və s. ilə ümumi xarakterli informasiyaları, yerdəyişmə, coğrafi məkan məlumatlarını paylaşmamaq lazımdır. Bizim üçün elə də əhəmiyyətli olmayan məqamlardan düşmən faydalana bilər. Ona görə, lokal şəbəkələrə qoşulduqda telefon və ya kompüter başqaları tərəfindən tamamilə ələ keçirilə bilər. Bütün bunları nəzərə alaraq, ehtiyatlı davranmaq lazımdır”.

Qeyd edək ki, Ağdam rayonunda keçirilən konfrans zamanı DTX rəisinin müavini, general-mayor İlqar Musayev də sözügedən məsələ ilə bağlı əhalini məlumatlandırıb.

13.09.2017 19:27:00
Oxuma sayı: 96