Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycan və Gürcüstan hissəsi istifadəyə tam hazırdır
Ölçü:


“Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Azərbaycan və Gürcüstan hissəsi istifadəyə tam hazırdır. İlin əvvəlində bəzi çatışmazlıqlar var idi. Artıq onlar da aradan qaldırılıb və işlər başa çatdırılıb”.

Koordinat.az
xəbər verir ki, bunu “Report”a Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Giorgi Çerkezeşvili bildirib. “Biz Azərbaycanın birbaşa iştirakı, eləcə də Azərbaycan sərmayəsi hesabına bir sıra vacib layihələr həyata keçiririk. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də bunlardan biridir. Bu layihə bizə Avropaya birbaşa çıxışla yanaşı, iqtisadi artım, insanlarımıza rahatlıq gətirəcək. Bir sözlə, bu layihənin necə böyük əhəmiyyətə malik olduğunu yaxşı başa düşürük. Artıq Azərbaycanda və Gürcüstanda BTQ dəmir yolunun keçdiyi bütün yerlərdə lazım olan infrastruktur yaradılıb, kommunikasiya qovşaqları qurulub. BTQ-nin Azərbaycan və Gürcüstan hissəsi tam hazırdır. Türkiyə tərəfi də artıq işləri başa çatdırmaq üzrədir. Düşünürəm ki, bizə böyük dividentlər gətirəcək dəmir yolunu deyilən vaxtda istifadəyə verə biləcəyik”.

Nazir müavininin sözlərinə görə, sentyabrın sonunda BTQ üzrə işçi qrupun növbəti görüşü keçiriləcək.
13.09.2017 20:11:00
Oxuma sayı: 100