Bakıda 10202 nəfər koronavirus xəstəsi evdə müalicə olunur
Ölçü:


Bakıda ev şəraitində müailcə alan koronavirus xəstələrinin sayı açıqlanıb.

Koordinat.az
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib. Nazirlik rəsmisi bildirib ki, Bakıda əhalinin sıx olması və yoluxanların sayının çox olması ilə əlaqədar təcili yardımın işini yüngülləşdirmək üçün poliklinikalar vasitəsi ilə ev şəraitində müalicəyə başlanıb.

Səhiyyə Nazirliyinin aparat rəhbəri deyib ki, Bakıda 10202 nəfər ev şəraitində müalicə alır: “Onların içərisində simtomsuz, yüngül və testi neqativ nəticə verən insanlar da var. Bu qaydanın regionlarda tətbiqinə isə hələ ehtiyac yoxdur”.

10.07.2020 17:55:00
Oxuma sayı: 84