Xarici İşlər Nazirliyinin daha iki işçisi həbs olundu
Ölçü:


Xarici işlər Nazirliyinin Konsulluq İdarəsinin əməkdaşı İlqar Əliyev də həbs edilib.

Koordinat.az
xəbər verir ki, İlqar Əliyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Xarici işlər Nazirliyinin Konsulluq İdarəsinin rəsi Faiq Bağırov da saxlanılıb və məhkəməyə gətirilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinir.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Faiq Bağırovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bundan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində apardığı əməliyyatın nəticəsində nazirliyin 3 vəzifəli şəxsi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onlar XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevdir.

10.07.2020 17:25:00
Oxuma sayı: 79