Pərviz Həşimli Baş Prokurorluğa çağırılıb
Ölçü:


Jurnalist Pərviz Həşimli Baş Prokurorluğa dəvət olunub.

Koordinat.az xəbər verir ki, bu barədə jurnalist özü "Facebook" səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, onu Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsinin rəisi Nemət Əvəzov qəbul edib.

“Bu dəvət Baş prokuror Kamran Əliyevə müraciətim əsasında baş tutub.  Həm rəhbərlik etdiyim “Gununsesi.info” saytının  domeninə Zakir Qaralovun qoydurduğu qanunsuz məhdudiyyət, həm də bəraət tələbimlə bağlı geniş fikir mübadiləmiz oldu. Görüşdən məmnun ayrıldım”, - deyə Pərviz Həşimli əlavə edib.

10.07.2020 16:55:00
Oxuma sayı: 146