Partiya sədri Qarabağda müharibə çağırışlarını dəstəklədi
Ölçü:


"Əslində, biz müharibə etməli, torpaqlarımızı işğaldan azad etməliyik”.

Koordinat.az xəbər verir ki, bunu "Sherg.az”a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasınım (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. O, son günlər cəbhədə müşahidə olunan aktivləşmənin müharibə ehtimalını gücləndirməsinə toxunub: "Atəşkəsin pozulması bizə hər gün verilən fürsətdir. Bunlardan yararlanmaq lazımdır. 2016-cı ilin aprel döyüşləri göstərdi ki, bu cür imkanlardan istifadə edə bilərik. Təbii ki, yaralananlar da, şəhidlər də olacaq. Bütün bunların qarşılığında qazanclarımız da olacaq. Atəşkəsin pozulması bizi bu vəziyyətdən çıxartmalıdır. Torpaqlarımızı əvvəl-axır azad etməliyik. Təssüf edirəm ki, belə fürsətlərdən yararlana bilmirik”.

Təşkilat sədri vurğulayıb ki, müharibə ehtimalı həmişə var: "Müharibəni biz etməliyik. Özümüz torpaqlarımızı azad etməliyik. BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq qurumların qətnamələrinin nə vaxt yerinə yetiriləcəyini gözləməməliyik. Düşmənin güclü, zəif, arxalı, tək olmasından asılı olmayaraq, öz düzgün bildiyimizi etməliyik”.

Qeyd edək ki, Ağdam rayonunda, Bağmanlar adlanan ərazidə keçirilən təlimlərdə ağır artilleriyadan, zirehli texnikalardan istifadə olunur.

Ağır artilleriyadan açılan atəş səsləri Ağdamın işğal altındakı kəndlərində, ətraf Ağcabədi və Bərdə rayonlarında aydın eşidilir.
13.09.2017 16:51:00
Oxuma sayı: 157