ABŞ bankı: “Bitkoin dələduzluqdur”
Ölçü:


ABŞ-ın iri maliyyə holdinqi "JP Morgan Chase"in İcraçı direktoru Jamie Dimon onlayn valyuta olan bitkoinin "dələduzluq" olduğunu və "partlayacağını" söyləyib.

Koordinat.az
xəbər verir ki, Nyu-Yorkda keçirilmiş bir konfransda danışan Dimon "bitkoin işləyə bilməz. İnsanların pulu yoxdan var edə bildikləri bir yerdə iş görə bilmərsiniz. Bu pulu satın alan insanların həqiqətən ağıllı olduqları düşünülə bilinməz" – deyə bildirib.

Dimon "JP Morgan"ın hər hansı bir işçisinin Bitcoin və ya bir kripto valyutada əməliyyat etməsi halında onu bir dəqiqə içində işdən qovacağını da bildirib.

Dimon kripto valyutaların "sonunun yaxşı olmayacağını" qeyd edib.
13.09.2017 16:38:00
Oxuma sayı: 80