Paşinyana qarşı böyük ittifaq yaranır
Ölçü:

“Ermənistanda Nikol Paşinyana qarşı "Vətən" partiyasının lideri, sabiq DTK sədri A.Vanatesyan yeni siyasi cəbhə formalaşdırır. Həmçinin Qarbağ klanı, R.Koçaryan və S.Sarkisyan özlərini toparlamağa çalışırlar. Ermənistanda konustitusiya dəyişiklərindən sonra, Paşinyan hakimiyyəti əlində cəmləşdirsə də, tam nəzarəti ələ ala bilmir”.

Koordinat.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Ermənistan müxalifəti payız aylarında birləşib Paşinyana qarşı mintinqlər və oturaq aksiyalar keçirməyi planlayır: “Burada proseslər Yerevanda Rusiya səfriliyindən idarə edilir. Paşinyan inqilab etdiyi zaman ABŞ səfirliyi qərargah funksiyasını həyata keçirirdisə, indi əks-inqilab qərargah funksiyasını Rusiya səfirliyi reallaşdırır. Ona görə də baş verənlərdən Paşinyan xəbərdar olduğu üçün Rusiyaya qarşı siyasi isteriyanı inkişaf etdirir. Ölkənin inkişafına əngəl kimi Rusiyanı göstərir. Ermənistanda siyasi vəziyyətin mürəkkəb olacağı gözlənilir. Paşinyan daxili auditoriyanı əldə saxlamaq üçün cəbhə xəttində və sərhəddə təxribatlara gedə bilər. Azərbaycan Ermənistandakı prosesləri izləməli, beynəlxalq müstəvidə Qarabağla bağlı diplomatik gedişləri artırmalı, müharibə haqqımızı qəbul etdirməlidir. Həmçinin danışıqların bundan sonra əhəmiyyətsiz olduğunu götürməlidir. Məhz prezident İlham Əliyev danışıqlardan heç bir nəticə gözləmədiyini vurğuladı. Çünki Ermənistanda vəziyyət nəticəyə yönəlmiş sülh danışıqlrının davam etdirilməsini istisna edir. Ona görə də Azərbaycan cəbhə xəttində işğalçıya zərbələr endirməlidir”.

Politoloq vurğulayıb ki, Qarabağdakı separatçı rejimə Ermənistan maliyyə ayırmaqda çətinlik çəkir: “Buradakı cinayətkar qruplar problemi Paşinyanda görür. Onların yenidən R.Koçaryan və S.Sarkisyana dəstək verməsi reallaşa bilər. Bu da Paşinyan üçün ciddi siyasi probelmə çevriləcək”.
10.07.2020 14:39:00
Oxuma sayı: 214