Qəbələdə dini radikalizmi yayanlara qarşı əməliyyat
Ölçü:


Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xİdmətinin Rayon Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 12-də dini radikalizmi təbliğ etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakiniləri Bəhruz Qasımovun və Elman Tahirovun evlərinə baxış keçirib.

Koordinat.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, adı çəkilən şəxlərin evlərinə baxış zamanı oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 77 ədəd dini təyinatlı ədəbiyyat, 11 ədəd video və audiokaset, 14 ədəd CD disk və 1 ədəd kustar üsulla hazırlanmış xəncər aşkar edilərək götürülüb. B.Qasımov və E.Tahirov RPŞ-yə gətirilərək izahatları alınıb, götürülmüş əşyalar ekspert rəyi alınması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

13.09.2017 12:16:00
Oxuma sayı: 98