Putinin Trampa göndərdiyi gizli təklif
Ölçü:



Vladimir Putin Trampın prezidentliyə başlamasından 3 ay sonra münasibətlərin normallaşması təklifi ilə öz diplomatını Dövlət Deparatamentinə göndərib.

Koordinat.az ABŞ KİV-nə istinadən xəbər verir ki, təklifdə iki ölkə arasında bütün diplomatik və hərbi kanalların bərpası, xüsusi xidmət orqanlarının əməkdaşlığı yer alıbmış.

Bunun üçün yazda Rusiya prezidentinin kibertəhlükəsizlik üzrə nümayəndəsi Andrey Krutskix ilə amerikalı həmkarının görüşü, sonradan isə Əfqanıstan, İranın nüvə problemi, Ukraynadakı böhran və Şimali Koreya ilə bağlı müzakirələrin keçirilməsi gözlənilirdi.

Növbəti mərhələdə Federal Təhqiqatlar Bürosu, Mərkəzi Kəşfiyyat İdarəsi və müdafiə nazirinin rusiyalı həmkarları ilə görüşü planlaşdırılırdı.

Lakin Moskva istəyinə tam nail ola bilməyib.
13.09.2017 12:17:00
Oxuma sayı: 138