Sərt karantin rejimi daha bir həftə uzadıla bilər
Ölçü:


"Sərt karantin rejimi tədbiq edilən zaman yoluxma sayının 500-dən aşağı düşməsini gözləyirdik. Çox təəssüf ki, yenə də yoluxanların sayı 500-dən çoxdur".

Koordinat.az-ın məlumatına görə, bunu deputat Cavid Osmanov bildirib. O qeyd edib ki, sərt karantin rejimi tədbiq edilən zaman gündəlik yoluxma 600-ə yaxınlaşmışdı. Son bir neçə gündə yoluxanların sayında az da olsa, azalma müşahidə olunur: "Beynəlxalq təcrübə onu göstərir ki, sərt karantin rejiminin tətbiqi dərhal nəticə vermir. Bir müddət sonra sərt karantin rejimi özünün müsbət nəticəsini göstərir. Mən düşünürəm ki, sərt karantin rejimi tədbiq edilməsəydi daha ciddi fəsadlarla üzləşə bilərdik. Yoluxma sayı azalmasa Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən gedişata müvafiq qərar qəbul edə bilər. Təbii ki, Operativ Qərargah qərar verərkən gündəlik yoluxanların, sağalanların, ölənlərin artma-azalma dinamikası və virusun yayılma coğrafiyası dərindən analiz edilir. Vəziyyəti nəzərə alaraq son bir həftədə karantin rejimi daha da sərtləşdirlə bilər. Fövqəlada vəziyyətin elan edilməsi də istisna deyil. Ümid edək ki, gündəlik yoluxanların sayı azalsın və karantin rejiminin daha da sərtləşməsinə ehtiyac qalmasın. Təbii ki, bu son günlər insanlarımızın bu məsələyə necə yanaşmasından və qoyulan qaydalara nə dərəcədə riyaət edəcəklərindən asılıdır. Əlbəttə ki, sərt karantin rejimin uzadılmasını heç birimiz istəmirik. Hər birimiz Operativ Qərargahın qoyduğu qaydalara və verdiyi tövsiyələrə əməl etməliyik ki, normal həyatımıza tez qayıda bilək".
10.07.2020 11:46:00
Oxuma sayı: 39