BMT nümayəndəsindən “Bunu Azərbaycan üçün edin” kampaniyasına dəstək
Ölçü:


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak “Azərbaycan üçün edin” kampaniyasına qoşularaq pandemiya dövründə qida təhlükəsizliyinin əhəmiyyətindən danışıb.

BMT-nin Azərbaycan nümayəndəliyindən Koordinat.az-a verilən məlumatda M.Çamk Rezident Ələqələndiricisi Qulam İshaqzainin başlatığı kampaniyaya qoşulduğunu bəyan edib: “Artıq aylardır ki, koronavirus pandemiyası dünyanın hər bir yerində və Azərbaycanda davam edir və ətrafımızda bu virusun təsirlərini hiss etməkdəyik. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı olaraq biz virusun ərzaq təhlükəsizliyi və kənd təsərrüfatına təsirlərinin aradan qaldırılması üçün çalışırıq və bu istiqamətdə hər zaman Azərbaycan hökümətinin yanındayıq və onların səylərini dəstəkləriyirik.

Biz ilk öncə fermerlərimizin sağlamlıqlarını nəzərə almaqla ərzaq təchizatı zəncirinin dayanıqlılığını təmin etməliyik. Onların bu dövrdə istehsal etdiyi məshullar bizim ərzaq təhlükəziliyimizin təminatçısıdır.

Virusun qida məhsullarından qaynaqlanmasına dair hələ heç bir elmi məlumat aşkarlanmasa da onlardan istifadə edərkən gigiyena qaydalarına artıq daha çox diqqət etməliyik, çünki sağlamlığımız istifadə etdiyimiz qida məhsullarından asılıdır. Təhlükəsiz qida yalnız sağlamlığımızın təmin olunması üçün deyil, həm də dayanıqlı iqtisadi inkişaf və Azərbaycanın beynəlxalq nüfuzu üçün vacib məsələdir”.

“Hər birimiz bu yeni - normal adlandırdığımız həyata artıq uyğunlaşmalı və qaydalara əməl etməliyik. Bunu özünüz üçün, ailəniz üçün və Azərbaycan üçün edin”,-deyə BMT nümayəndəsi bildirib.

10.07.2020 11:36:00
Oxuma sayı: 446