Mehriban Əliyeva virusa yoluxmuş daha bir həkimlə bağlı tapşırıq verdi
Ölçü:


COVİD-19 infeksiyasına yoluxan reanimatoloq Elnur Abdullanın müalicəsi ilə bağlı məsələlər dövlətin nəzarətindədir.

Koordinat.az
xəbər verir ki, bunu Mərkəzi Netçilər Xəstəxanasının direktoru Musa Abbasov bildirib.

Qeyd edək ki, COVİD-19 infeksiyası ilə mübarizə aparan Mərkəzi Neftçilər Xəstəxanasının reanimatoloqu Elnur Abdulla özü də virusa yoluxduğundan bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.
 
Musa Abbasovun sözlərinə görə, xüsusi rejimli xəstəxanalarda pandemiya ilə mübarizə aparan bütün həkimlərin səhhəti Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən daim diqqət mərkəzində saxlanılır, eləcə də virusa yoluxmuş tibb işçilərinin müalicəsi ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilməlidir.

10.07.2020 11:22:00
Oxuma sayı: 39