Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün yeni şans
Ölçü:


Dövlət İmtahan Mərkəzi (DİM) 2017-ci ildə keçirilmiş buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər üçün sentyabrın 16-da əlavə imtahan keçirəcək.

DİM-dən Koordinat.az-a verilən məlumata görə, buraxılış imtahanları Bakı, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.

İmtahanlarda IX sinif buraxılış imtahanının I mərhələsi üzrə 223, II mərhələsi üzrə 365, XI sinif üzrə isə 319 şagirdin iştirakı gözlənilir. İmtahanların idarə olunması üçün 11 imtahan rəhbəri, 128 nəzarətçi-müəllim ayrılıb.

İmtahanlar bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq.

Bu imtahanlarda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə sentyabrın 12-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara "Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Qeyd edək ki, göstərilən sənədlərindən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan şəxslər imtahan binasına buraxılmayacaqlar

12.09.2017 11:37:00
Oxuma sayı: 132