Ermənilər Kəlbəcərin mineral suyunu “Murov” adı ilə xaricə satacaq – FOTO
Ölçü:

Ermənilər işğal altındakı Azərbaycanın torpaqlarında həyata keçirdiyi iqtisadi layihələr üzrə daha bir tikinti işini başa çatdırıb. Söhbət Kəlbəcərin mineral su ehtiyatlarının bazara çıxarılmasını təmin edəcək zavoddan gedir. 

Koordinat.az xəbər verir ki, Xankəndidə “Mrav” (Murov) adı altında mineral su istehsal edəcək zavodun açılışı olub. Mərasimdə Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutunyan da iştirak edib. Bildirilib ki, 30 işçisi olan zavod Azərbaycanın işğal altındakı Kəlbəcər rayonu ərazisində fəaliyyət göstərəcək.

Ermənilər İstisudan toplanan mineral suyu “Mrav” (Murovun ermənicə adı) brendi altında saxtışa çıxaracaq. İlk növbədə, Qarabağada yerləşdirilmiş işğaçı ordunun hərbçiləri su ilə təmin ediləcək. Gələcək planda isə suyun Ermənistan vasitəsilə Rusiya və digər ölkələrə satışı nəzərdə tutulub.

Planlarda zavodun limonad, soyuq kofe və çay istehsal etməsi də planlaşdırılır.

09.07.2020 14:45:00
Oxuma sayı: 42