Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu işçi axtarır
Ölçü:


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən Bakı şəhəri və regionlar üzrə qida təhlükəsizliyinə nəzarət sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə mikrobiologiya ixtisası üzrə namizədlərlə müsahibə elan edilir.

İnstitutdan Koordinat.az-a verilən məlumata görə, namizədlər mövzu yerində “AQTİ - (aidiyyəti ixtisası)” yazaraq anket formasını 27.07.2020-ci il tarixinədək hr.aqti@afsa.gov.az ünvanına göndərməlidirlər. Namizədlərdən tələb olunan bilik və bacarıqlara dair tələblər belədir:
- Biologiya və ya tibbi biologiya ixtisası üzrə ali təhsil (magistratura səviyyəsi arzuolunandır);
- Azərbaycan dilini səlis bilməlidir (rus və ya ingilis dilini bilənlərə üstünlük veriləcək);
- Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi zəruridir (sertifikatları olanlara üstünlük veriləcək);
- Korporativ ünsiyyət bacarığı olmalıdır.

Namizədin vəzifə öhdəlikləri:
- Laboratoriyada təhlükəsizlik qaydalarını bilmək və tətbiqini təmin etmək;
- Sınaqları aparmaq, nəticələrin vaxtında qeydiyyatını və təqdim olunmasını təmin etmək;
- Bakteriya və mikroorqanizm kulturalarını izolyasiya etmək və nəticəni düzgün qiymətləndirmək;
- Cihaz və ya avadanlıqlarda işləmə bacarığına malik olmaq və aralıq yoxlamaların aparılmasını təmin etmək;
- Qida mühitləri və reagentləri hazırlamaq;
- Sınaq nəticələrinin etibarlılığını təmin etmək məqsədilə reagentlərin, qida mühitlərinin, nəzarət ştammalarının düzgün saxlanmasını təmin etmək;
- Sınaq üçün tələb olunan materialların siyahısını hazırlamaq;
- Ətraf mühitin şəraitinə uyğun tələblərin qarşılanmasını təmin etmək;
- Laborant və sanitarların fəaliyyətinə nəzarət etmək;
- İşlədiyi sahə üzrə Standart Əməliyyat Prosedurlarını hazırlamaq və onların icrasını təmin etmək.

Üstünlüklər:
- Uyğun gələn, lakin iş təcrübəsi olmayan namizədlərin aidiyyəti təlimlərə cəlb edilərək qiymətləndirildikdən sonra işə qəbul olunması imkanları;
- Əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidən hazırlıq təlimlərinə cəlb olunması imkanları;
- Yerinə yetirilən işin həcmi və keyfiyyətinə uyğun olaraq mükafat sisteminin tətbiqi imkanları.

Tələblərə cavab verən namizədlər CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqlar. Suallarla bağlı müraciət üçün əlaqə nömrələri: +99412 377-00-20 (530, 531, 532) İnsan resursları və sənədlərlə iş şöbəsi

09.07.2020 13:58:00
Oxuma sayı: 50