Avtomobillə icazəsiz hərəkət edənlər cərimələnəcək
Koordinat.az xəbər verir ki, bunu "Xəzər Xəbər”ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, hər bir vətəndaş yaşadığı yeri tərk etməzdən əvvəl mütləq icazə almalıdır, ya da mövcud sistemdə icazəsinin aktiv olub-olmadığını yoxlamalıdır.
Kamran Əliyev əlavə edib ki, yoxlamalar zamanı icazəsi ləğv edilən, lakin bundan xəbərsiz olduğunu bildirən xeyli sayda hərəkət iştirakçısı aşkarlanıb.
09.07.2020 11:15:00
Oxuma sayı: 125