TƏBİB qəzaya düşən həkimlərlə bağlı məlumat yaydı
Ölçü:



Quba Rayon Mərkəzi Xəstəxanasından geri qayıdarkən yol qəzasına düşən 7 nəfərlik həkim briqadasıdan 5 nəfər evə buraxılıb.

Koordinat.az-ın məlumatına görə, “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva qeyd edib ki, evə buraxılan həkimlərin xəsarətləri yüngül olub: "5 nəfərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb, xəsarət alan iki nəfər isə müayinəyə göndərilib".

Xatırladaq ki, Quba Rayon Mərkəzi Xəstəxanasından növbədən qayıdan Xudat Şəhər Mərkəzi Xəstəxanasının tibbi personalının 7 nəfərlik həkim briqadası təcili tibbi yardım avtomobilində qəzaya düşüblər.

Hadisə nəticəsində biri sürücü olmaqla 7 nəfər tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

08.07.2020 17:08:00
Oxuma sayı: 52