Azərbaycanın baş epidemioloqu istefa verdi
Ölçü:


İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən istefa verib.

Koordinat.az
xəbər verir ki, bu barədə İbadulla Ağayev özü bildirib. O deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib: “1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”. /APA
08.07.2020 13:03:00
Oxuma sayı: 53