Daha 537 nəfər virusa yoluxdu - 7 nəfər öldü
Ölçü:


Azərbaycanda koronavirus infeksiyasına 537 yeni yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Koordinat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək Azərbaycanda ümumilikdə 21 374 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 12 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib, 8 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
07.07.2020 18:56:00
Oxuma sayı: 122