Rəşad Mahmudov: "Koronavirusdan dünyasını dəyişən həkimlərin ailəsi bizlər üçün əmanətdir..."
Ölçü:


Tanınmış həkim, deputat Rəşad Mahmudov Astara rayon Mərkəzi Xəstəxanasında əvvəllər həkim - cərrah kimi çalışmış Kamil Əliyev eyni xəstəxanada koronavirusdan dünyasını dəyişməsindən yazıb.

Koordinat.az xəbər verir ki, millət vəkili "Facebook" səhifəsindəki statusunda bu hadisə barədə kədərini bölüşüb: "Xəstələrin ümidi və pənahı olan, pandemiya dövründə yüzlərcə insanın evdə müalicəsini təşkil edən, imkanı olmayanların dərmanını təmin edən Kamil həkim timsalında onlarla həkim və tibb personalı bu mübarizədə təəssüf ki, həyatlarını itirdilər. Unutmayaq ki, bu qəhrəman səhiyyə işçilərimizin geridə qoyduqları ailələri, övladları bizlər üçün bir əmanətdir. Bu əmanətə sahib çıxmaq isə hər bir vətəndaş cəmiyyətinin mənəvi borcudur. Kolleqam olmuş Kamil Əliyevin ailəsinə bildirmək istəyirəm ki, geridə əmanət qoyduğu iki övladının dövlətin himayəsi altında şəxsiyyət olaraq formalaşmasının bütün mərhələlərini ən yüksək səviyyədə təşkil etmək üçün millət vəkili olaraq əlimdən gələni edəcəyəm.... Bir daha koronovirusdan həyatını itirmiş bütün insanlara Allahdan rəhmət diləyirəm".
07.07.2020 18:09:00
Oxuma sayı: 125