Uşaqlarda özünəinamsızlıq
Ölçü:


Özünəqapanma son vaxtlar cəmiyyətdə geniş yayılmış problemlərdən biridir.  Bu, istənilən yaş dövründə olanlar üçün xarakterik olsa da, uşaqlarda arasında daha tez-yez rast gəlinən haldır.  Gündəlik həyatda uşaqların təsirinə məruz qaldığı sosialoji və psixoloji amillər onu daha da sürətləndirir.

Koordinat.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova mövzu ilə bağlı bəzi maraqlı məqamlara münasibət bildirib. O, deyib ki, özünəqapanma insanın ətrafındakılarla emosional kontaktın zəifləməsi şəklində təzahür edən  davranış formasıdır. Bu zaman insan oz problemlerini kimsəylə bölüşmək istəmir, üzləşdiyi çətinlikləri təkbaşına həll etməyə cəhd göstərir və bu,  çox vaxt uğursuzluqla nəticələnir. Onun dedyinə görə, özünəqapanmanın formalaşmasına həm psixoloji, həm də sosioloji amillər təsir göstərir: “ Uşağın ailə daxilində daim danlanılması, əsassız təhqirlərə məruz qalması onda özünə inamsızlığın yaranmasına səbəb olur və bu  kda özünəqapanmaya gətirib çıxarır. Adətən valideynlər evin ilk uşağını yaşından asılı olmayaraq “böyük uşaq” adlandırır, tez-tez onun böyük olduğunu üzünə vuraraq bir sıra hərəkətlərdən çəkindirməyə çalışırlar.  Bəzən bu yanaşmalar uşaqda elə düşüncə formalaşdırır ki, sanki o heç nəyi bacarmır, qabiliyyəti yoxdur, heç bir işin öhdəsindən gələ bilmir. Məhs bu düşüncə uşaqda utanmağa, ailə üzvlərindən kənarlaşmağa əsas verir.

 Ən vacib  məsələlərdən biri də budur ki, uşağın dost çevrəsi sağlam olsun. Düzgün dost seçilməməsi, ətrafında ona kömək, dayaq dura bilən həmyaşıdının olmaması uşağı cəmiyyətdən daha da uzaqlaşdırır. Uşağn  ətrafında onu başa düşən biri olmayanda öz hisslərini gizlətməyə çalışır, fikirlərini  bölüşmür,  qərar qəbul etmədə çətinliklər yaradır vəı nəticədə özünəqapanmaya səbəb olur. 3Son zamanlarda uşaqların əksəriyyətində rast gəlinən  internet asılılığı özünəqapanmanın formalaşmasına gətirib çıxaran amillər sırasındadır. Uşaqların günün yarıdan çoxunu kompyuterin qarşısında keçirməsi virtual aləmə hədsiz bağlılıq, telefondan aşırı istifadə real ünsiyyəti minimuma endirib, özünəqapanmanı maksimum səviyyəyə çatdırır”.

Özünəqapanmanın aradan qaldırılması yollarından danışan psixoloq deyib: “Özünəqapanmanı aradan qaldırmaq üçün ilk növbədə  valideyn uşaqla dostluq münasibəti qurmalı,  onun uğurlarını qiymətləndirməli, uğursuzluq zamanı isə tənbeh etmək əvəzinə nöqsanlarının aradan qaldrırlmasına birgə səy göstərilməlidir. Ailə daxilində valideynlər uşaqla mövqeyinə görə yox, yaşına görə davranmalıdırlar. Valideynlər nəzərə almalıdırlar  ki, uşaq ailədə ilk övlad olsa da, nəticə etibarilə uşaqdır. Tez-tez böyüklüyünü xüsusi qeyd edib onu  yaşına uyğun davranmasına tələb  etmək olmaz. Xüsusilə uşağın dost çevrəsinə diqqət yetirilməlidir. Onu başqaları ilə müqayisə edərəık onda ruh düşkünlüyü   yaratmaq əvəzinə uşağın sahib olduğu  bacarıqları həyata keçirməsinə imkan yaratmaq lazımdır. Uşağın sosiallaşma prosesində ləngiməsinin qarşısını almaq üçün internetə həddindən artıq  bağlılığı aradan götürülməlidir.  Bu zaman  uşağın ailədə normal ünsiyyətə qoşulması, fikir yürütməsi üçün şərait yaratmalı, vaxtının çox hissəsini kompyuterin qarşısında keçirməsinin qarşısını almalıyıq. Valideyn  uşağın həyat tərzinə, yaşantılarına diqqət yetirməli, istənilən çətinlik anında uşağa dəstək olmalı, problemlərini bölüşməsinə şərait yaratmalıdır.

Uşaq onu istəyənin səmimiyyətinə  onda vaxt inanır ki, həmin istəyi dərk edir və dərk etdiyini o vaxt “qanuniləşdirir” ki, onu əməllə yoxlayır. Demək uşaqlar davranışlara daha həssasdırlar. Bu səbəbdən onlara sevgimizi yalnız sözlə deyil, əməllə göstərməliyik. Ailəsi tərəfindən təmənnasız sevildiyini  bilən uşaq özünüqiymətləndirmədə çətinlik çəkmir, özgüvəni yuksək olur və belə hallarda uşaqda özünəqapanma davranışı azalır”.
07.07.2020 14:47:00
Oxuma sayı: 85