DTX-nın həbs etdiyi şöbə rəisi gənc müğənnin atasıdır
Ölçü:


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyindən (XİN) həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində həbs edilən XİN-in İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə ilə bağlı maraqlı detal məlum olub.

Koordinat.az xəbər verir ki, Modern.az-ın yaydığı məlumata görə, S.Əlizadə hamının “Yeni ulduz” müsabiqəsindən yaxşı tanıdığı müğənni Səfurə Əlizadənin atasıdır.

Səlim Əlizadə mərhum energetika naziri Natiq Əliyevin qudasıdır. Səfurə Əlizadə 5 iyul 2013-cü ildə Bodrumda sabiq Energetika Naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev ilə ailə həyatı qurub.
06.07.2020 16:15:00
Oxuma sayı: 68