Rövşən Binnətli və  Fikrət Adıgözəlov da koronavirusa yoluxub
Ölçü:


AzTV-nin daha iki əməkdaşı COVID-19 testinin nəticəsi pozitiv olub. Bunlar Fikrət Adıgözəlov və Rövşən Binnətlidir.

Koordinat.az xəbər verir ki, bunu APA-ya “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva deyib. N. Rəfiyeva koronavirusa yoluxmuş hər iki əməkdaşın xəstəxanaya yerləşdirildiyini bildirib: “Hazırda AzTV-də əməkdaşlar növbəli rejimdə çalışırlar. Əvvəl 1000 nəfər işçi çalışırdısa, indi onun sayını daha da azaltmışıq".
06.07.2020 14:55:00
Oxuma sayı: 175