Müdafiə Nazirliyi təkzib edir: "Azərbaycan ərazisindən İrana qarşı heç bir addım atılmayıb"
Ölçü:


Müdafiə Nazirliyi İrana hava zərbələri endirdiyi iddia edilən və Rusiyanın “Konteyner” RLS-i tərəfindən aşkar edilən naməlum hərbi təyyarələrin Azərbaycanın hava məkanından istifadə etmələri barədə məlumatlara münasibət bildirib.

Koordinat.az xəbər verir ki, nazirlik ermənipərəst qüvvələrin yaydığı bu xəbərin heç bir əsasının olmadığını bəyan edir: "Bu cür məlumatın yayılması Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədini güdür. Tamamilə aydındır ki, iki ölkə arasında xoş münasibətlərə zərər vurmaq məqsədilə yayılmış məlumat şər və böhtandan başqa bir şey deyil. Bildiririk ki, Azərbaycan ərazisindən qonşu ölkə olan İran İslam Respublikasına qarşı indiyədək heç bir addım atılmayıb və bundan sonra da atılmayacaq".
06.07.2020 12:45:00
Oxuma sayı: 257