Mirşahin Ağayev koronavirusa yoluxub
Ölçü:


“Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mirşahin Ağayev koronavirus  (COVID-19) infeksiyasına yoluxub.

Koordinat.az xəbər verir ki, 3 gün əvvəl virusa yoluxan M.Ağayev "Yeni Klinika"ya yerləşdirilib. Hazırda onun vəziyyətinin qənaətbəxs olduğu bildirilir. Məlumata görə, M. Ağayevin ailə üzvlərindən də koronavirusa yoluxma faktı aşkarlanıb. Onun ailə üzvləri nəzarətə götürülüb.
06.07.2020 12:00:00
Oxuma sayı: 190