“Hyatt Regency"-də də karantin qaydaları pozulub
Ölçü:


Bakıda karantin qaydalarının pozulması ilə bağlı növbəti video yayılıb. 

Koordinat.az xəbər verir ki, görüntülər “Hyatt Regency Baku” hotelində lentə alınıb.  Sosial şəbəkədə paylaşılan görüntülərdə insanların hotelin hovuzu ətrafında istirahət etməsi əks olunub.

Qeyd edək ki, dünən xüsusi karantin rejiminin “Fairmont Baku” hotelində də pozulması ilə bağlı görüntülər yayılmışdı. Video yayıldıqdan sonra polisin keçirdiyi əməliyyat zamanı həmin şəxslər saxlanılmışdı. 
06.07.2020 10:06:00
Oxuma sayı: 56