Müəllimlərin maaşı yanvarın 1-dən artacaq
Ölçü:


“2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əmək haqqı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunub”.

Təhsil Nazirliyindən Koordinat.az-a verilən məlumatda belə deyilir. Bildirilir ki, bununla da əməkhaqqının artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizini əhatə edib. 2017-ci ilin aprel və may aylarında keçirilən diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əməkhaqqı isə 2018-ci il yanvarın 1-dən etibarən artırılacaq.
06.09.2017 13:36:00
Oxuma sayı: 163