Yanvar-may aylarında Azərbaycanda 24 813 nəfər ölüb
Ölçü:


2020-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikası üzrə ölənlərin sayı 24 813 nəfər təşkil edib.

Koordinat.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, yanvarda 5177 nəfər, fevralda 5039 nəfər, martda 5792 nəfər, apreldə 4511 nəfər, mayda 4294 nəfər ölüb. Son 5 ilin müqayisəsində ilk 5 ayda ən çox ölüm 2018-ci ildə qeydə alınıb:

Müvafiq olaraq, 2016-cı ilin 5 ayında  24 300 nəfər, 2017-ci ilin 5 ayında 25 638 nəfər, 2018-ci ilin 5 ayında 25 277 nəfər, 2019-cu ilin 5 ayında isə 24 690 nəfər vəfat edib.
 Hesabat dövründə qan dövranı sisteminin xəstəliklərindən və yenitörəmələrdən ölənlərin sayı digər xəstəliklərdən ölənlərin sayına nisbətən daha çox olub.
06.07.2020 09:48:00
Oxuma sayı: 147