Ekspert su çatışmazlığı probleminə görə hökuməti qınadı
Ölçü:


Deyək ki, epidemiya qəfil gəldi, onu heç kim proqnozlaşdırmırdı, buna uyğun hansısa işlər də görmürdü. Su problemi qəfil çıxmayıb axı qarşımıza. Neçə illərdir dünyada su qıtlığının, quraqlığın yaranacağı barədə qlobal miqyasda araşdırmalar, xəbərdarlıqlar yayılır". 

Koordinat.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib. O, qeyd edib ki, qlobal miqyasda su problemlərinə dair hətta Azərbaycanın adı çəkilib. Belə ki, Azərbaycanın da adı su problemi ilə üzləşəcək ölkələr sırasında olub: "Ən azından son 10 ildə Azərbaycanda bu təhdidə qarşı strateji baxışı ortaya qoyan bir sənəd hazırlanmalı idi. Sənəddə problemin özünü necə göstərə biləcəyi, bizə hansı risklər və fəsadlaryaradacağı, onları önləmək üşün qısa, orta və uzun müddət hansı mümkün addımların atıla biləcəyi, bu işlər üçün nə qədər investisiya, hansı sahədə peşəkar mütəxəsisslər lazım olaxağı barədə təfsilatlı hesablamalar, tədbirlər əks olunmalı idi.
Gərək vardısa, bu problemlə məşğul olan peşəkarlardan ibarət ixtisaslaşmış bir araşdırma komissiyası qurulaydı".

Rövşən Ağayev təəssüflə bildirib ki, Azərbaycan hökuməti uzun illər ərzində bu cür ciddi məsələlərlə məşğul olmayıb. Əksinə, daha asan qazanılan pulların yersiz xərclənməsinə daha çox maraq göstərilib: "Bu ölkədə ən asan iş bilirsiniz nə olub? Uzağa baxmadan ələ keçən böyük neft pulları barədə sərəncam vermək, cari həyatımıza bəzək vuran layihələr icra etmək. Çox ümidli idim ki, üzləşdiyimiz epidemiya bizim davranışlarımızda dərin dəyişiklər yaradacaq. Amma verilən qərarlar, cəmiyyətlə dəyişməyən ünsiyyət forması və dili, ən vacib islahatlarla bağlı hələlik ən yüksək səviyyədən mesajların olmaması ümidlərin üstündən qalıb bir qara xətt çəkir".
02.07.2020 18:10:00
Oxuma sayı: 122