Ekspert: “Müəllimləri onlayn dərslərə hazırlamaq lazımdır”
Ölçü:


Karantin rejimi ilə əlaqədar sentyabrın 15-i vəziyyətin necə olacağını proqnozlaşdırmaq çətindir. Bu səbəblə indidən Təhsil Nazirliyi tərəfindən onlayn tədrislə bağlı addımlar atılmalıdır.

Koordinat.az xəbər verir ki, bunu təhsil eksperti Elşən Qafarov Yenisabah.az-a açıqlamasında bildirib: "Ölkədə pandemiyanın bu qədər uzun davam etməsi bir qədər düşündürücüdür. Lakin mən inanmıram ki, sentyabrda dərslər başlamasın. Əgər karantin müddəti uzadılarsa, Təhsil Nazirliyi virtual məktəblə yanaşı, müəllimlərin onlayn şəkildə xüsusi İKT kurslarına cəlb edilməsi üçün addımlar atmalıdır. Bu, çox vacibdir. Sentyabradək müəllimlərin böyük bir hissəsi hazırlanmalıdır. Ölkədə virtual məktəb layihəsinə müəllimlərin çox kiçik bir qismi qoşulub. Qeydiyyatdan keçsələr də, aktiv dərsi keçən hissə çox kiçikdir. Müəllimlərə onlayn seminarlar keçirilməlidir ki, onlar sentyabra hazır olsunlar. Həmçinin sosial tədbirlər keçirilməlidir”. 

Ekspert qeyd edib ki, şagirdlərin, xüsusilə də müəllimlərin yaşadığı ünvanda internetin təmin edilməsi ilə bağlı aidiyyəti orqanlara göstəriş verilməlidir: “Amma təkcə Təhsil Nazirliyi yox, hökumət də müəyyən sosial tədbirlər görməlidir. Müəllimlərə faizsiz şəkildə kompüterlərin kreditlə verilməsi ilə bağlı müəyyən layihə həyata keçirilməlidir. Misir Mərdanovun vaxtında belə bir layihə olub. Şagirdlərin internet problemi yaşamasında gəldikdə isə ölkədə internetlə bağlı ciddi işlər gedir, yeni 5G sisteminin tətbiqi üçün addımlar atılır. Hətta mən indi ucqar rayonumuzda-Lerikdəyəm. Bura dəniz səviyyəsindən min metr yüksəklikdədir. Burada 4G sistemi təmiz verilib”. 

02.07.2020 17:58:00
Oxuma sayı: 341