İcra başçısından məcburi köçkünlərin müraciətinə operativ reaksiya - FOTOLAR
Ölçü:


Göygöl rayonun Murovdağ qəsəbəsində müvəqqəti məskunlaşmış kəlbəcərli məcburi köçkünlərin yaşadıqları ərazi uzun illərdir yığılıb qalmış tullantılardan təmizlənib.

Koordinat.az xəbər verir ki, sakinlər Kəlbəcər Rayon İcra Hakmiyyətinə müraciət edərək, həmin ərazinin ətrafında üzün müddət yığılıb qalaqlanmış məişət tullantılarının ətrafda yaratdığı natəmizlikdən şikayətlənirdilər. Onlar məskunlaşma zonasındakı antisanitariyadan əziyyət çəkdiklərini bildirərək İcra Hakimiyyətindən ərazinin tullantılardan təmizlənməsini xahiş etmişdilər. 

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev sakinlərin müraciətini, havaların isti keçməsini və ölkədəki epidemiyoloji vəziyyəti nəzərə alaraq dərhal məsələyə reaksiya verib. Belə ki, icra başçısı məişət tullantıları ilə örtülmüş əraziyə şəxsən baxış keçirərək orada Nazirlər Kabinetinin pandemiya ilə əlaqədar mövcud sosial izolyasiya qaydalarına əməl etməklə sakinlərlə görüşüb və aidiyyatı qurumlara tapşırqlar veribi. Bundan sonra uzun müddət yığılıb qalmış tullantı qalıqları ərazidən təmizlənərək yerindəcə öz həllini tapıb.

Qəsəbə sakinləri üzləşdikləri problemi qısa müddət ərzində həll edilərək aradan qaldırdığı üçün rayon rəhbərliyinə öz təşəkkürlərini bildirib.



02.07.2020 16:53:00
Oxuma sayı: 154