İqtisadiyyat Nazirliyi: “Aİ-98 benzininin bahalaşması heç bir sahəyə təsir edə bilməz”
Ölçü:


“Aİ-98 Super” benzini tam həcmdə idxal edilir və onun qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir.

Koordinat.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevə virtualaz.org-a açıqlamasında belə deyib. Nazirlik rəsmisi bildirib ki, bu markalı benzindən çox az sayda “lüks” kateqoriyalı avtomobillərdə istifadə olunur. Onun sözlərinə görə, “Aİ-98 Super” markalı benzinin bahalaşması heç bir sahədə hər hansı dəyişikliyə səbəb ola bilməz.

Xatırladaq ki, bu gün səhər “SOCAR Petroleum” yanacaqdoldurma məntəqələrində “Aİ-98 Super” benzininin qiyməti 10 qəpik bahalaşaraq, 1,30 manata bərabər olub. Bu dəyişikliklə bağlı sosial şəbəkələrdə bahalaşmanın iqtisadiyyatın digər sahələrinə təsir edəcəyinə dair məlumatlar yayılıb.
05.09.2017 19:32:00
Oxuma sayı: 204