Koronavirusa yoluxan professor öz evində müalicə olunur - "Səhiyyəyə güvən qalmadı"
Ölçü:


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun Nəzəri Dilçilik şöbəsinin müdiri, elmlər doktoru, professor İdris Abbasov koronavirusa yoluxub.

Koordinat.az bildirir ki, bu hada sosial şəbəkədə məlumat verən İdris Abbasov həyat yoldaşının da yoluxduğunu qeyd edib.

“Ev şəraitində beşinci sistemden sonra vəziyyətim sabitdir. Həyat yoldaşımda səkkizinci sistemdən sonra da boğulmaları tez-tez tutur. Boğulma əleyhinə bir neçə venadaxili dərman vasitələri qəbul edib bir qədər yüngülləşən kimi mənim sistemimi qoşur. Səhiyyəyə güvən qalmadı. Ümud Allaha və bir-birimizədir yalnız. Evdə hökm sürən gərginlik təbii ki , uşaqlara da travmadır. Real şərait onları da müalicə prosesinin vacib subyektlərinə çevirib. Səhiyyəyə ayrılan vəsait vətəndaşın tibbi ehtiyyaclarına sərf edilsəydi, daha effektli nəticə alınardı”,-deyə İdris Abbasov bildirib.
02.07.2020 16:29:00
Oxuma sayı: 235