Tural Gəncəliyevə müavin təyin olundu
Ölçü:


“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinə yeni sədr müavini təyin olunub.

Koordinat.az xəbər verir ki, bu vəzifəyə Gülməmməd Məmmədov təyinat alıb. Xəbəri icma rəhbəri Tural Gəncəliyev də öz Facebook hesabında təsdiqləyib: "Dəyərli həmvətənlər, savadı, səmimiyyəti və mübarizə ruhu ilə bütün Azərbaycanın sevgisini qazanmış professor Gülməmməd Məmmədov artıq Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının katibliyində, mənim müavinim olaraq fəaliyyət göstərməyə başlayıb. Gülməmməd müəllimə uğurlar arzu edirəm! Əminəm ki, tezliklə Qarabağımıza birlikdə qayıdacağıq!".

Qeyd edək ki, G.Məmmədov Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvüdür.

 
02.07.2020 15:25:00
Oxuma sayı: 240