İrana qarşı silah sanksiyaları uzadılsa... - Rəsmi Tehrandan xəbərdarlıq
Ölçü:


"İrana qarşı silah sanksiyaları uzadılarsa, bu addıma qarşı qətiyyətli cavab veriləcək"

Koordinat.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT baş katibinin ,bu təşkilatın təhlükəsizlik şurasının İranla nüvə anlaşması ilə bağlı 2231 saylı qətnaməsinin icrası barədə olan dövri hesabatının araşdırılması istiqamətində keçirilən online iclasında deyilib: 2231 saylı qətnamədə nəzərdə tutulan silah məhdudiyyətlərinin aradan götürülməsi üzrə zaman çərçivəsi çətin anlaşmanın ayrılmaz bir hissəsi kimi əldə olunub və bu, nüvə anlaşması tərəflərini sonda həmin anlaşma və 2231 saylı qətnamə üzrə külli paket barədə razılığa gəlməyə qadir edilibdir .
Məhəmməd Cavad Zərif bildirib ki, əgər bird daha təhlükəsizlik şurası süründürməçilik edərsə , bu qanun hakimiyyətdə və multilateralizmdə bir nəsil geriyə qaydış demək olacaqdır.O deyib: Amerika hökumətini məzəmmət etmək və ya heç olmasa onun ardıcıl pozuntularını araşdırmaq üçün hətta bir dəfə də olmuş olsa belə ,təhlükəsizlik şurasının iclası keçirilməyibdir. Lakin əvəzində, şuranın bəzi avropalı üzvləri qətnaməni və şuranı daha çox pozmaq fikrindədirlər. Onların nüvə anlaşması barədəki öhdəliklərinə sadiq deyildilər.

Zərif vurğulayıb :Birləşmiş Ştatlar özünün bəzi əməlləri ilə katibliyə təzyiq göstəribdir ki, 2231 saylı qətnamədən yayındırıcı bir oxunuş qərarına gəlmiş olsun. Katibliyi onun iddiasını törətməyə və tamamilə qeyri-peşəkar hesabat hazırlamaq üçün saxta sənədlər düzəltməyə məcbur ediblər.

İranın Xarici İşlər Naziri BMT katibliyinin 2231 saylı qətnamə barədəki hesabatı haqda belə söyləyib:İran nüvə anlaşmasındakı yerdə qalan tərəflərin öz vədlərini yerinə yetirməyə qadir olmaları üçün xoşməramlılığa söykənən fəaliyyətilə bu əvəzçıxma addımından çəkinibdir.

Məhəmməd Cavad Zərif vurğulayıb: Tam bir il müddətinə nüvə anlaşmasının tam şəkildə icrasını davam etdirdik. O, sonar deyib:Tehranın əvəzçıxma addımları bu günədək MAQATE -nin İranın dinc məqsədi nüvə proqrqmı barədəki nəzarəti və həqiqətin yoxlanılmasında heç bir təsirə malik olmayıbdır. Halbuki, İranın dinc məqsədli nüvə proqramı tarixdə ən sərt təftiş sistemi altındadır.

İranın Xarici İşlər Naziri vurğulayıb ki, İran İslam Respublikası öz təhlükəsizliyi və səadətinin təmini üçün başqasından aslı deyildir. O, sonar deyib : Amerikanın İran xalqını təslim etmək üzrə 40 illik səyi uğursuz qalıbdır.

02.07.2020 13:34:00
Oxuma sayı: 290