45 xəstə süni tənəffüs cihazına qoşulub
Ölçü:


Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 6 682 nəfər test edilib.

TƏBİB-dən Koordinat.az-a verilən məlumata görə, indiyədək  ölkədə 488 852 nəfər koronavirusa qarşı test edilib. Ölkədə 588 yeni yoluxma, 7 ölüm qeydə alınıb.

Qeyd edək ki, indiyədək ölkəmizdə 18 112  nəfər virusa yoluxub, 220 nəfər  ölüb, 10 061  nəfər isə sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 7 831 nəfərdir.

Məlumata görə, hazırda reanimasiyada 202 nəfər müalicə alır, 45 nəfər isə süni tənəffüs cihazına qoşulub.
02.07.2020 21:46:00
Oxuma sayı: 147